Çində şans və zənginlik simvolu sayılan karp balığı, Azərbaycanda və dünyanın bir çox ölkəsində ən çox yetişdirilən və istehlak olunan balıqlardan biridir. Onun həm təbii, həm də süni su hövzələrində yetişdirilməsi asandır. Karp balığının dadı və iqtisadi əhəmiyyəti çox yüksəkdir. Çəkisi adətən 2-6 kq, bəzi hallarda 20 kq-a qədər olur.
