İnnovativ fəaliyyət baxımından xüsusi nümayiş və təcrübə sahələri təşkil olunmuşdur ki, bu sahələrdə yeni pambıq sortları və dərman preparatlarının təsir qabiliyyətləri sınaqdan keçirilir. Bitkilərin sağlam şəraitdə böyüməsi üçün düzgün sulama, gübrələmə və torpaq hazırlığı aparmaq lazımdır. Sağlam bitkilər sovkaya qarşı daha dözümlü olur. Əgər sovka əlamətləri aşkar edilirsə, zərərli bitki və parçaları dərhal təmizləmək lazımdır. Bu, xəstəliyin yayılmasının qarşısını alır. Müşahidələr və beynelxalq təcrübələr göstərirki feromonların sovka ilə mübarizədə üstün cəhətləri çoxdur.