az en ru

Sətəm siyasəti

SƏTƏMİN ÜMUMİ SİYASƏTİ
“Aztəsərrüfat” MMC  işə götürən olaraq,  işçilərinin sağlamlığı, təhlükəsizliyi və rifahını münasib şəkildə təmin etmək kimi vəzifələri və öhdəliklərini tanıyır və qəbul edir. 
“Aztəsərrüfat” MMC müştərilərini və onun fəaliyyətləri zamanı hər hansı bir təsirə məruz qala biləcək cəmiyyət və ictimaiyyət üzvlərini  qorumaq üçün bütün mümkün olan praktik səyləri göstərəcəkdir.
“Aztəsərrüfat” MMC  müvafiq qanun, əsasnamə və təcrübələrə riayət edərək və qeyd olunan baş verə biləcək hadisələr üçün  səlahiyyəti daxilində tədbirlər görəcəkdir:
1.Müəssisə, zavod  və avadanlıqların, təhlükəsiz istismarını və sağlamlıq üçün risksiz olmasını təmin etmək və saxlamaq,
2.İşdə sağlamlıq və təhlükəsizliyi təmin etmək məqsədilə daimi olaraq işçilərinə lazımı məlumat, təlimat, təlim və qaydaları ilə tanış etmək. 
3.İş yerlərində təhlükəsiz giriş və çıxış yerlərini təmin edərək, Fərdi Mühafizə Vasitələrini təşkil etmək,
Qeyd olunan bəndlərə uyğun olaraq,  “Aztəsərrüfat” MMC iş zamanı zədələnmə, xəstəlik və əmlaka ziyan vurulması ilə nəticələnə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısını almağa cəhd edəcəkdir.

 
RƏHBƏRLİYİN MƏSULİYYƏTİ

“Aztəsərrüfat” MMC-nin iş yerlərində Sağlamlıq və Təhlükəsizlik standartları üçün rəhbərlik cavabdehdir.
Əlbətdə ki, Əlaqədar vəzifələr və məsuliyyətlər haqqında ətraflı məlumat SƏTƏMM üzrə qaydalar toplusu ilə müəyyən edilir.

 
İŞÇİLƏRİN DİQQƏT VƏ  MƏSULİYYƏTİ
“Aztəsərrüfat” MMC  Sağlamlıq və Təhlükəsizlik standartlarına cavab vermək üçün  işçilərindən rəhbərliklə daimi əməkdaşlıq etmələrini, təlimlərdə iştirakının vacib olduğunu tələb edir. Sağlamlıq və Təhlükəsizlik Siyasətinin hər hansı bir pozuntusu intizam tədbirləri ilə nəticələnəcəkdir.  
SİYASƏTİN TƏQDİM OLUNMASI

SƏTƏMM siyasətinin  surətləri bütün işçilərə eləcə də, işə yeni başlayan hər bir işçiyə təqdim olunacaq və müəssisələrdə  asılacaqdır. 
 
SƏTƏM SİYASƏTİNİN MÜNTƏZƏM İZLƏMƏK 

“Aztəsərrüfat”  MMC-nin SƏTƏMM siyasəti daimi olaraq  nəzərdən keçirilir və hər hansı bir dəyişiklik zamanı siyasətə düzəliş yaxud əlavələr olunacaqdır.