"Aztəsərrüfat" haqqında
“Aztəsərrüfat” MMC 2016 -cı ildən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına öz tohvəsini verməkdə davam edir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində emalından ibarətdir. “Aztəsərrüfat ” MMC xam pambıqdan əsasən mahlıc, çiyid istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, Çin və Avropanın bir çox ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir. Qeyd edək ki, pambıq əkinində əsasən Türkiyənin “Lodus” toxumundan istifadə olunur. Şirkətin Neftçala və Sabirabadda pambıq əkin sahələri, tədarük və yığım məntəqələri eləcə də Salyanda pambıq qəbulu məntəqələri və pambıq emal zavadu fəaliyyət göstərməkdədir. “Aztəsərrüfat” MMC -nin əsas prioriteti pambığın əkimi və emalıdır, bununla yanaşı Salyanda Yem Emalı Zavodu da mövcuddur. Zavodda istehsal prosesləri ən yüksək gigiyenik standartlara uyğun həyata keçirilir. Keyfiyyətə nəzarət sistemi qurulub, və istehsal olunan yemlərin qida dəyəri və tərkibi müntəzəm olaraq laboratoriyada yoxlanılır. İstehsalda yerli və idxal olunan yüksək keyfiyyətli xammaldan istifadə olunur. “Aztəsərrüfat” MMC bu gün yüksək keyfiyyətli məhsulları eləcə də, tərəfdaşlarına və alıcılara məhsulların vaxtında çatdırılmasına görə güvən və etibar qazanan şirkətlər arasında ilk sıralardadır. Dövlətin və Cəmiyyətin inkişaf dinamikasını qorumaq üçün Şirkət fəaliyyət mərkəzlərində daimi yenidənqurma işləri və modernizasiyalar həyata keçirir. Şirkət yenilənmə və inkişaf etmə prinsipini əsas tutaraq Zavod və müəssisələrə yeni, müasir avadanlıqlar, yüksək standartlara cavab verən texniki vasitələr və beynəlxalq təcrübəyə malik peşəkar mütəxəssislər cəlb edir. “Aztəsərrüfat”MMC hazır məhsulları üzrə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi"ndən Uyğunluq Sertifikatı almışdır.