az en ru
Rəhbərliyin müraciəti

Aydın Dəmirov

Baş Direktor

Rəhbərliyin müraciəti

"Aztəsərrüfat" MMC 2016-cı ildən qeyri-neft sektorunda uğurlu işləri, təcrübəsi və dayanıqlı fəaliyyəti ilə tanınır. Ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində öz töhvəsini verməkdədir. Şirkətin əsas prioritet vəzifəsi pambığın əkimi və emalıdır.
Bu gün Dövlətimizin və hər birimizin hədəfi sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirələrdə hər zaman ölkəmizin sürətlə inkişaf etdiyini, böyük infrsatruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu qeyd edir. İqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrufatının artdığını vurğulayır. Pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda pambıqçılığın yüksək inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin rəhbərliyi dövründə respublikamızda pambıqçılıq sürətlə inkişaf etdirilmiş, bu sahənin böyük sənaye potensialı yaradılmışdır.
Şirkətimiz beynəlxalq təcrübələrə əsaslanaraq daim yeni texniki avadanlıq və innovasiyaları iş fəaliyyətində tətbiq edir. Xarici mütəxəssislərin təcrübə və biliklərindən  müntəzəm şəkildə yararlanır. Bununla da səmərəli, peşəkar işimiz ilə müştərilərimizə yüksək keyfiyyətli məhsul təqdim edir, beynəlxalq bazarda rəqabət siyasətimizi dayanıqlı edirik. Məqsədimiz güclü, mehriban komanda  ilə böyük və inamlı addımlarla ancaq irəlidə olmaq,bu statusu qoruyub saxlamaqdır. Uğurun açarı isə peşəsini sevmək və birlik olmaqdır.
 
Dövlətimizin dəstəyinə söykənərək deyə bilərik ki, ölkə iqtisadiyyatının gücləndirilməsində və inkişafında "Aztəsərrüfat" MMC olaraq fəaliyyət prinsipimiz və nailiyyətlərimiz bizi qürurlandırır.