Qalınalın balığı, bioloji filtrasiyanı həyata keçirdiyi üçün ekosistemin dostu sayılır. İqtisadi və ekoloji baxımdan çox faydalı balıq növüdür. O, suda yosun çoxalmasının qarşısını alır, su hövzələrinin bioloji tarazlığını qoruyur, təmiz su hövzələri yaratmağa kömək edir. Qalınalın balığının əti yüksək keyfiyyəti ilə də seçilir. Qalınalın 1 saata 30-40 litr su süzə bilir. Çəkisi 2-10 kq, bəzən də 20 kq olur.
