az en ru

Salyanda ilk pambıq yığımına başlanıldı

20.09.2020

Pambıqçıların aylardan bəri sevgi və qayğı ilə əkib-becərdikləri  pambıq bu il də, öz bəhrəsini verməyə başlayıb. Hazırda əkin sahələri elə bil ki,  bəyaz dona bürünüb. “Aztəsərrüfat” MMC-nin balansında olan Salyan Aqroparkında , Neftçala və Sabirabadda sentyabrın 15-dən fermerlər ilk pambıq yığımına başlayıb. Qeyd edək  ki, sentyabrın 25-dən sonra  kütləvi pambıq yığımı icra olunacaq. Hər bir kənd təsərrüfatı məhsulunun yığılma vaxtı və texnikası fərqlidir, eləcə də pambıq bitkisini də  nə  vaxtından öncə nə də ki, əvvəl yığmaq olmaz. Bu, həm pambığın keyfiyyətinin aşağı düşməsinə həm də, məhsul  itkisinə səbəb olur. Beləliklə vaxtında və səmərəli gördüyümüz işlər, tədbirlər  bol məhsulun olacağına  zəmin yaradır. Xatırladaq ki, ötən il “Aztəsərrüfat” MMC-nin balansında olan əkin sahələrindən 32 sentner pambıq yığılıb. Bu il bu rəqəmin 38 sentner olacağı proqnozlaşdırılır. Zəhmət-nəticəsi uğurlu olanda sevindirir, qürurlandırır.