Salyan Aqro Park Pambıq Emal Zavodu
Salyan Aqro Parkı pambığın qəbulu və emalı istiqamətində uzun illərdir ki, uğurlu və keyfiyyətli işi ilə fəaliyyət göstərməkdədir. Pambıq qəbulu və emalı zavodu beynəlxalq standartlara uyğun texniki avadanlıqlarla təchiz olunmaqdadır. Zavodun işçi heyəti daimi xarici mütəxəssislərin təcrübə və biliklərindən yaralanaraq yenilikləri izləməkdə və icra etmək potensialındadırlar. Salyan Aqro Parkı əsasən pambıqçılıqla məşğuldur, yəni park əkib-becərdiyi pambığı həm də özü emal edir. İşin belə təşkili parkın səmərəli fəaliyyəti üçün şərait yaradır. Yetişdirilən məhsulun elə burada mahlıc halına salınması hər tərəfdən sərfəlidir. Məhsulun satışı da müəssisənin özü tərəfindən həyata keçirilir. Bu da iqtisadi baxımdan əlverişli olmaqla yanaşı, müəssisədə daha çox iş yerinin yaradılmasına imkan verir.