az en ru
"Aztəsərrüfat" haqqında

Aydın Dəmirov

Baş Direktor

“Aztəsərrüfat” MMC  2016 -cı ildən  Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına öz tohvəsini verməkdə davam edir. Şirkətin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisəsində  emalından ibarətdir. “Aztəsərrüfat ” MMC  xam pambıqdan əsasən mahlıc, çiyid  istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə,  Çin  və Avropanın bir çox ölkələrinə  ixrac edilir.  Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir. Qeyd edək ki, pambıq əkinində əsasən Türkiyənin “Lodus” toxumundan istifadə olunur. Şirkətin Neftçala və Sabirabadda pambıq əkin sahələri, tədarük və yığım məntəqələri eləcə də Salyanda pambıq qəbulu məntəqələri  və pambıq  emal zavadu   fəaliyyət göstərməkdədir. “Aztəsərrüfat” MMC -nin əsas prioriteti pambığın əkimi və emalıdır, bununla yanaşı Salyanda Yem Emalı Zavodu  da mövcuddur. Zavodda istehsal prosesləri ən yüksək gigiyenik standartlara uyğun həyata keçirilir. Keyfiyyətə nəzarət sistemi qurulub, və istehsal olunan yemlərin qida dəyəri və tərkibi müntəzəm olaraq laboratoriyada yoxlanılır. İstehsalda yerli və idxal olunan yüksək keyfiyyətli xammaldan istifadə olunur. “Aztəsərrüfat” MMC bu gün yüksək keyfiyyətli məhsulları eləcə də, tərəfdaşlarına  və alıcılara məhsulların vaxtında çatdırılmasına görə güvən və etibar qazanan şirkətlər arasında  ilk  sıralardadır. Dövlətin və Cəmiyyətin inkişaf dinamikasını qorumaq üçün Şirkət fəaliyyət mərkəzlərində daimi yenidənqurma işləri və modernizasiyalar həyata keçirir. Şirkət yenilənmə və inkişaf etmə prinsipini əsas tutaraq Zavod və müəssisələrə yeni, müasir  avadanlıqlar, yüksək standartlara cavab verən texniki vasitələr və beynəlxalq təcrübəyə  malik peşəkar  mütəxəssislər cəlb edir. “Aztəsərrüfat”MMC hazır məhsulları üzrə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi"ndən Uyğunluq Sertifikatı almışdır.



"Aztəsərrüfat" MMC 2016-cı ildən qeyri-neft sektorunda uğurlu işləri, təcrübəsi və dayanıqlı fəaliyyəti ilə tanınır. Ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində öz töhvəsini verməkdədir. Şirkətin əsas prioritet vəzifəsi pambığın əkimi və emalıdır.
Bu gün Dövlətimizin və hər birimizin hədəfi sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirələrdə hər zaman ölkəmizin sürətlə inkişaf etdiyini, böyük infrsatruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu qeyd edir. İqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrufatının artdığını vurğulayır. Pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda pambıqçılığın yüksək inkişafı bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin rəhbərliyi dövründə respublikamızda pambıqçılıq sürətlə inkişaf etdirilmiş, bu sahənin böyük sənaye potensialı yaradılmışdır.
Şirkətimiz beynəlxalq təcrübələrə əsaslanaraq daim yeni texniki avadanlıq və innovasiyaları iş fəaliyyətində tətbiq edir. Xarici mütəxəssislərin təcrübə və biliklərindən  müntəzəm şəkildə yararlanır. Bununla da səmərəli, peşəkar işimiz ilə müştərilərimizə yüksək keyfiyyətli məhsul təqdim edir, beynəlxalq bazarda rəqabət siyasətimizi dayanıqlı edirik. Məqsədimiz güclü, mehriban komanda  ilə böyük və inamlı addımlarla ancaq irəlidə olmaq,bu statusu qoruyub saxlamaqdır. Uğurun açarı isə peşəsini sevmək və birlik olmaqdır.
 
Dövlətimizin dəstəyinə söykənərək deyə bilərik ki, ölkə iqtisadiyyatının gücləndirilməsində və inkişafında "Aztəsərrüfat" MMC olaraq fəaliyyət prinsipimiz və nailiyyətlərimiz bizi qürurlandırır.