Əminəm ki, bir çoxunuza maraqlı olan mövzudur. Gəlin sizinlə birgə mərhələli şəkildə bu proses ilə tanış olaq. Ilk əvvəl torpaq sahələri, onların pambıq əkimi üçün yararlı vəziyyətə gətirilməsini nəzər salaq. Pambıq bizim yerüstü sərvətimizdir, onu tanımaq, qaygı və sevgi ilə yanaşmalıyıq.Pambıq çoxillik, isti və işıq sevən, texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır.Pambığın çiyidindən alınan yağ yemək məhsullarında işlədilir.Pambıq lifi sənayedə ilk dəfə 17 əsrdə Avropada və Amerikada istifadə edilib. Mingəçevirdə arxeoloji qazıntılar zamanı 5-6 əsrlərə aid yanmış pambıq kələfləri və çiyidi tapılmışdır. Pambıqdan yüksək məhsul almaq üçün torpaq narın hissəciklərə parçalanmalı, arat və bir çox aqrotexniki tədbirlər vaxtında və düzgün şəkildə aparılmalıdır. “Aztəsərrüfat MMC” şirkəti uzun illərdir ki, pambığın əkimi, biçimi və emalı kimi prosesləri həyata keçirmək üzrə ixtisaslaşmışdır. Bu günə kimi şirkət 10 min hektara yaxın ərazidə bir çox aqrotexniki tədbirlər görərək pambıq əkimini həyata keçirib. Daha çox pambıq istehsalı üçün yeni ərazilər və sahələrin torpağı təmizlənməli ,münbit və strukturu əkin üçün keyfiyyətli olmalıdır. Bu isə yeni iş yerlərinin açılması, pambıqçılığın inkişafı, qeyri-neft sektorundan asılılığın azalması, iqtisadiyyatımızın gücləndirilməsinin eləcə də beynəlxalq arenada sabit və dayanaqlı ticarətin əsasıdır. Bu ilin sentyabr-oktyabr aylarında Salyan Aqroparkının balansında olan Salyanın Noxudlu kənd inzibati ərazi dairəsində 600 ha torpaq təmizlənir, kollektorlar , şirin su kanalları, həmçinin körpü və yollar yenilənir, torpağ tam və əsaslı şəkildə pambıq əkiminə hazırlanır. Hazırda ərazidə gördüyümüz texnikalar torpağın relyefini əsaslı düzləşdirir ,lazer texnika ilə torpağın səthi hamarlanır, torpaq daha narın yumuşaq vəziyyətə gətirilir. Eləcə də, qazma işləri aparılır ki, yeni kollektor və şirin su kanallalları çəkilir, əvvəldən inşa olunan kanallar isə yenilənərək ərazisi daha da genişləndirilir. Əlbətdəki, bu işlər davamlı və növbəli olaraq həyata keçirilir. Biz sizinlə bu dəfə torpağın yararlı vəziyyətə gətirilməsi ilə tanış olduq, qarşıda isə bizi torpağın şumlanması , gübrələmə və arat kimi olduqca vacib proseslər gözləyir . İş insanın cövhəri, yaşamın isə əsasıdır.
Pambıq necə yetişdirilir?
16.10.2024DİGƏR XƏBƏRLƏR
04.09.2024