Salyanda yerləşən “Aztəsərrüfat” MMC-yə məxsus pambıq sahələrində torpağa düzgün vaxtında qulluq, kultivasiya tədbirləri , gübrələmə və suvarma qaydalarının zamanında aparılması, fermerlərin pambıqçılıq sahəsindəki zəngin təcrübəsi məhsul istehsalını artırmaq üçün böyük imkan yaradır. Ölkə ərazisində pambıq yığımına sentyabr ayının ilk 10 günlüyündə başlanılır. Salyan fermerləri də, pambıq yığımına hazırlaşır. Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.Yığımdan öncə məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambıq yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defolyasiya) həyata keçirilir. Hazırda Salyanda yerləşən Aqro Park Pambıq Emalı zadonun fermerləri sahələrdə defolyasiya tədbirlərini həyata keçirirlər. Salyanın "ağ qızıl" ustaları təsərrüfat ilini uğurla başa vurmaq üçün əzmlə çalışır.