20 Yanvar faciəsindən 35 il ötür. Tariximizə Qanlı Yanvar kimi daxil olmuş bu hadisə Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, həm də azadlığı üçün qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Bu gün artıq şəhidlərimizin ruhu da şaddır. Çünki onların uğrunda canlarını fəda etdikləri müstəqil dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
“Aztəsərrüfat” MMC -nin kollektivi, başda şirkətin direktoru Aydın Dəmirov olmaqla Şəhidlər xiyabanını ziyarət etdi. Faciə qurbanlarının ruhlarına dualar oxundu, məzarları üzərinə qərənfillər qoyuldu, əziz xatirələri yad edildi. Allah şəhidlərimizə rəhmət etsin!