Mayın 11-də “Yolüstü” Ailəvi İstirahət Mərkəzində yay mövsümünün ilk açılış konserti keçirilib.
Tədbirin aparıcısı, teleaparıcı Zümrüd Şahova gələn qonaqları salamlayaraq, bütün yay boyu bu cür möhtəşəm konsertlərin davamlı olacağını qeyd edib.
Konsertdə bir çox tanınmış ulduzlarla yanaşı, Cənub bölgəsinin sevilən müğənniləri də ifaları ilə tədbir iştirakçılarının ruhunu oxşayıb. Dadlı və ləzzətli yeməkləri ilə tanınan “Yolüstü” restoranı bu dəfə də ənənəsinə sadiq qalaraq, zəngin mətbəxi və peşəkar qulluq səviyyəsi ilə qonaqlarını sevindirib.
Müğənni Şöhrət Məmmədov və Manaf Ağayevin səhnəyə çıxışı və ifaları konsert proqramına xüsusi rəng qatıb. Panda şou və şən klounlar isə uşaqların əyləncəsinə və sevincinə səbəb olub.
Xatırladaq ki, “Yolüstü” Ailəvi İstirahət Mərkəzi hər il mayın 11-də ənənəsinə sadiq qalaraq möhtəşəm konsert proqramı təşkil edir.